Abşeron rayonunda ev qarət olunub. Bu haqda 9 aprel tarixində APA məlumat verib.
Novxanı kəndi ərazisindəki evdən 10.000 manat pul, sənəd olan seyf və 1 ədəd “Winchester” markalı ov tüfəngi oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.