Oğurluq və cibgirliklə məşhurlaşan “Qara Rahilə” həbsxanada ölüb. Bu haqda 17 mart tarixində Oxu.az məlumat verib.
Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən Rahilə İsmayılova ölüb. Onun hansı səbəbdən ölməsi hələlik açıqlanmır.
5 dəfə məhkumluq həyatı yaşayan İsmayılova kriminal aləmdə “Qara Rahilə” kimi tanınıb. O, narkotik satışı ilə məşğul olduğuna görə 2012-ci ildə saxlanılaraq həbs edilib. Həmçinin məlum olub ki, o, çoxsaylı oğurluq və cibgirlik cinayətlərini törədib.