İsmayıllı rayonunda Bakı şəhər sakini qəza törədib. Bu haqda 18 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Diyarlı kəndi ərazisində fevralın 17-si saat 16:00 radələrində Bakı şəhər sakini H.Şabanovun idarə etdiyi “KamAZ” və İsmayıllı kənd sakini Eynulla Daşdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində Daşdiyev xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.