Abşeron rayonunda paytaxt sakini piyadanı vuraraq öldürüb. Bu haqda 25 aprel tarixində Report məlumat verib.
Sulutəpə qəsəbəsi ərazisində aprelin 23-də Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.