Paytaxt sakini narkotikə görə Qobustan rayonunda saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 6 may tarixində xəbər verir.
Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini M.Alxazovdan 1 kiloqram 170 qram heroin aşkar edilərək götürülüb.
İstintaq tədbirləri davam edir.