Bakı şəhər sakinləri Cəbrayıl rayonu ərazisində saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 29 mart tarixində xəbər verir.
Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri V.Nəzərov, əvvəllər məhkum olunmuş T.Əliyev Karxulu kəndi ərazisində saxlanılıblar.
Şəxsi axtarış zamanı V.Nəzərov və T.Əliyevdən 2 kiloqram 300 qram heroin götürülüb.
Araşdırmalar zamanı V.Nəzərovun borclu qismində axtarışda olması da müəyyən olunmuşdur.