Bakı şəhər sakinləri narkotik satışına görə tutulublar. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 22 fevral tarixində xəbər verir.
Narkotik vasitələrin satışında şübhəli bilinən Bakı şəhər sakinləri S.Tumaszadə və Q.Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən saxlanılıblar.
Axtarış zamanı S.Tumaszadədən 17 qramdan artıq, Q.Məmmədovdan isə 885 qram heroin aşkar edilərək götürülmüşdür.
İstintaq davam edir.