Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi dünyasını dəyişib. Bu haqda bu gün, 15 aprel tarixində Oxu.az məlumat verib.
Universitetdə Magistratura və Doktorantura şöbəsinin Davamlı təhsil və innovasiyalar bölməsində təkrar ali təhsil alan 34 yaşlı Sevda Yusubova uzun sürən xəstəlik nəticəsində dünyası dəyişib.
Daha öncə, 13 aprel tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kurs kursantı, 21 yaşlı Murad Nağıyev onkoloji xəstəlikdən müalicə aldığı müəssisədə dünyasını dəyişmişdir.