Bakıda 8 dəfə məhkumluq yaşayan şəxs həbsdə ölüb. Bu haqda 19 fevral tarixində Lent.az məlumat verib.
Penitensiar xidmətin Müalicə Müəssisəsində müalicə alan 66 yaşlı Cənnət Məcidov dünyasını dəyişib. Ölüm səbəbi kimi ağır xəstəlik göstərilir. O, 2021-ci ilin mart ayında, “Makarov” markalı tapançanı satarkən tutulub.
Cənnət Məcidov əvvəllər 7 dəfə həbs olunub. Onlardan 4-ü qanunsuz silahsaxlama, 1-i oğurluq, 2-si isə narkotik maddələrin alqı-satqısına görə olub.