Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirov 25 yanvar tarixində vəfat edib. Bu haqda məlumat sosial şəbəkələrdə yayılıb.
Hadisə Bakıda idman zalında baş verib. Təcili yardım çağırılsa da, vəziyyəti kəskin pisləşən şöbə rəisinin həyatını xilas etmək mümkün olmayıb.
Qədirovun ötən ay 58 yaşı tamam olmuşdur.