Ötən ilin iyun ayında Məhəmməd Məhəmmədli qonşuluqda yaşayan qızın Raul adlı şəxslə sevgili olmasını öyrənib və sosial şəbəkədə qıza yazıb. Bu zaman səhifənin parolu Raulda olduğu üçün o, mesajları görüb və Məhəmmədə nəyə görə qıza yazdığını soruşub. Tərəflər məsələni aydınlaşdırmaq üçün görüş təyin ediblər.
Raul görüşə bir neçə dostunu, eləcə də qaydasız döyüşlə məşğul olan tanışı, 23 yaşlı Murtuz Murtuzlunu da gətirib. Söhbət zamanı Murtuz Məhəmmədin qıza yazdığı mesaja görə Rauldan üzr istəməsini tələb edib. Bununla razı olmayan Məhəmməd cibindən bıçaq çıxarıb və Murtuzu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilsə də, kəskin qanitirmədən dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Məhəmmədli 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.