Bakıda mağazada qızıl adı ilə dəmir boyunbağı satılıb. Bu haqda 8 aprel tarixində xəzərxəbər məlumat verib.
Bakıdakı qızıl satışı mərkəzlərinin birində çalışan vətəndaş fırıldaqçılıqla üzləşib. Mağazaya gələn orta yaşlı qadın özü ilə gətirdiyi dəmir boyunbağını qızıl adı ilə satıb. 200 manat pul ödəyən satıcı indi metalı aldığı qadını tapmağa çalışır.
Hadisə mərkəzin təhlükəsizlik kameralarına düşüb.