Dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri xəstəxanada ölüb. Bu haqda 30 mart tarixində APA məlumat verib.
Qax rayonunun Qum kənd sakini 44 yaşlı Fərid Həşimov dərman zəhərlənməsi diaqnozu ilə martın 29-dan 30-na keçən gecə ağır vəziyyətdə Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Bu gün o, xəstəxanada dünyasını dəyişib.
Fərid Həşimov Qax rayonu Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.