Abşeron rayonu, Qobu qəsəbəsində mağazadan oğurluq edilib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sözügedən qəsəbədə yaşayan Polad Piyamı 9 mağazadan 15.000 manatlıq tütün və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinərək saxlanılıb. O, oğurladıqları əşyaların bir qismini torpağa basdırıb.
Araşdırmalar davam edir.