Qubaya istirahətə gedən Bakı sakinləri həbs olunublar. Bu haqda 25 mart tarixində Report məlumat verib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən Bakı şəhər sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev saxlanılıblar. Onların üzərinə və Alməmmədova məxsus avtomobilə baxış keçirilən zaman heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunub. Həmçinin maşından 2 ədəd qatlanan cib bıçağı tapılaraq götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, hər üç şəxs Qubaya istirahət etmək məqsədilə gəliblər.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.