Paytaxt sakini oğurluğa görə saxlanılıb. Bu haqda 19 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qusar rayonu ərazisindəki mağazaların birindən 150 manat pul, 708 manat dəyərində tütün məmulatı və alışqanlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Zeynalov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.