İrandan Azərbaycana narkotik keçirmək istəyən Bakı sakini saxlanılıb. Bu haqda 5 may tarixində Report məlumat verib.
Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində narkotik vasitələri keçirmək istəyən Bakı şəhər sakini Emil Əliyev və Füzuli rayon sakini Gülşən Əhmədova saxlanılıblar.
Onların üzərində 1996 qram tiryək, 3921 qram heroin, 17.790 qram qurudulmuş marixuana, 2987 qram metamfetamin və 20 ədəd psixotrop tərkibli metadon-40 həbi aşkar olunub.
Fаktla bağlı araşdırma davam edir.