Bakı sakinləri Saatlıda narkotiklə tutulublar. Bu haqda 7 fevral tarixində Trend məlumat verib.
Saatlıda polisin keçirdiyi əməliyyat tədbiri zamanı Bakı şəhər sakinləri Ceyhun Məmmədli və Asif Səmədov saxlanılıblar. Onların üzərində 1 kiloqramdan artıq narkotik maddə heroin, 10 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 kiloqram 650 qrama yaxın marixuana aşkar edilib.
Onlar xaricdən sifariş etdikləri narkotik maddələrini götürmək məqsədilə Saatlıda narkokuryerin gizlətdiyi yerə gəliblər.
Dindirilmə zamanı hər iki şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib. Faktla bağlı cinayət işi açılıb.