Bakıda salfetin içində narkotik satıldığını iddia edən şəxs yalan söylədiyini etiraf edib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
31 yaşlı Kamran Abumislimov izahat yazaraq, belə bir halın olmadığını və ondan üz çevirən ailəsinin diqqətini cəlb etmək üçün bu addımı atdığını qeyd edib.
Faktla bağlı Qaradağ rayon Məhkəməsinə müraciət olunub.
Ötən gün qeyd olunan şəxs öz sosial şəbəkə hesabında yolda balaca qızdan salfet aldığını və bir müddət sonra onun içində “patı” olduğunu aşkar etdiyini bildirmişdir.