Salyanda ağır yol qəzası zamanı paytaxt sakinləri xəsarət alıblar. Bu haqda 24 mart tarixində Report məlumat verib.
Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində hərəkətdə olan minik avtomobillərindən biri qarşıdakı nəqliyyat vasitəsinə çırpılıb. Qəza zamanı Bakı şəhər sakinləri - 53 yaşlı Gülnarə Rəhimova, 26 yaşlı Leyla Rəhimova və 53 yaşlı Sədaqət Məhərrəmova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına, daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam edir.