Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Salyan rayonunda martın 4-də avtomobili narkotik vasitənin təsiri altında idarə edən Ceyhun İmanov saxlanılıb. Onun üzərində 10 qramdan artıq metamfetamin və 14 qrama yaxın heroin aşkar edilib.
Həmçinin avtomobildə olan sərnişinlər Ş.İmanov və Bakı şəhər sakini Ə.Axundov saxlanılıblar. Faktla bağlı araşdırma davam edir.