Salyanda paytaxt sakininin avtomobili aşıb. Bu haqda 12 aprel tarixində Kriminalqafqaz məlumat verib.
Salyan rayonunda ötən gün Bakı şəhər sakini M.Abıyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Qəza nəticəsində sərnişini olan bacısı Nigar hadisə yerində dünyasını dəyişib, özü və həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağı araşdırma aparılır.