Paytaxt sakini olan narkotacir saxlanılıb. Bu haqda 9 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Salyan rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini R.Cəfərovdan 3 kiloqram 890 qram heroin və 400 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.