Bakı şəhər sakinlərindən silah-sursat aşkarlanıb. Bu haqda 26 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Ağcabədi rayonu ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ş.Əhədov və tanışı R.Əliyev saxlanılıb. Onlar 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 28 ədəd patronu satmaq istəyərkən yaxalanıblar.
Faktla bağlı cinayət işi başlanılıb.