Sumqayıtda oğurluq edən paytaxt sakini saxlanılıb. Bu haqda 2 fevral tarixində Daxili İşlər Nazirliyi Məlumat verib.
Yanvarın 25-də T.Teymurovun həyətindən 25 baş qoyun, 1 ədəd generator, 1 ədəd paltaryuyan maşın, 1 ədəd nəzarət kamerası və avtomobilə aid ehtiyat hissələri oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.