Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib. Bu haqda 17 yanvar tarixində BAKU.WS məlumat verib.
İqtisad Universitetinin tələbəsi, Türkiyə vətəndaşı Miray Kutlay Bakıda Ağaxəlil Əhmədzadə ilə təsadüfən tanış olub. Bir müddət sonra Əhmədzadə Türkiyə vətəndaşından əvvəlcə 800 manat, daha sonra 20 manat borc alıb. Lakin pulu qaytarmaq istəməyən Ağaxəlil müxtəlif bəhanələrlə borcdan yayınmağa çalışıb.
Bununla bağlı Miray Kutlay Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edib. Əməkdaşların keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Əhmədzadə saxlanılıb və zərərçəkənə dəyən maddi ziyan tam ödənilib.