Bakıda tanınmış mədəniyyət işçisi 67 yaşında dünyasını dəyişib. Bu haqda BakuPlus Report-a istinadən 28 yanvar tarixində xəbər verir.
Tanınmış teatr xadimi və mədəniyyət işçisi Şaiq Səfərovun dünyasını dəyişməsi barədə Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov məlumat verib.
Şaiq Səfərov yanvarın 27-də vəfat edib.
O, müxtəlif illərdə Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Akademik Milli Dram Teatrının bədii hissəsinin rəhbəri, Mədəniyyət Nazirliyində sektor müdiri kimi çalışmışdır.