“Tik-Tok”-dakı şərh üstündə adam öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Bakı sakini 31 yaşlı Natiq Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilib.
9 noyabr 2021-ci il tairixində təqsirkar sosial şəbəkədə ona qarşı nalayiq ifadələr yazan həmyerlisi, 40 yaşlı Əli Musayevi üzbəüz söhbətə çağırmış, daha sonra isə onu ayağından bıçaqlamışdır. Nəticədə sonuncu xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişmişdir.