UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Gülbəniz Qaçıyeva yol-nəqliyyat hadisəsində dünyasını dəyişib. Bu haqda 15 iyun tarixində Qafqazinfo məlumat verib.
14 iyun saat 18:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində “Mercedes” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Nissan”-ı idarə edən 34 yaşlı Xalidə Xəlilzadə və sərnişin Gülbəniz Qaçıyeva hadisə yerində keçiniblər. Avtomobildə olan üçüncü şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır.