Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoritetə hökm oxunub. Bu haqda 14 fevral tarixində Report məlumat verib.
Abşeron rayonunda 2014-cü ilin avqust ayının 16-da istirahət mərkəzlərinin birində İbrahim Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Muxtarov istintaqdan yayınıb və "İnterpol" xətti ilə axtarışa verilib. O, 2021-ci ildə həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsi ilə hökm oxunub və İbrahim Muxtarov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir. O, "Vəziyyət İbrahim" kimi tanınır.