Abşeronda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanılıb. Bu haqda 17 yanvar tarixində Report məlumat verib.
Xırdalan şəhərində yanvarın 16-da taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü yanacaqdoldurma məntəqələrinin birində ödəniş edərkən, 100 manatlıq saxta əsginas verib. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.