Xırdalanda avtoqəza baş verib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az xəbər verir.
“Lexus” markalı nəqliyyat vasitəsi magistral yolda yüksək sürət ilə hərəkət edən zaman arakəsməyə çırpılıb. Nəticədə avtomobil arakəsmənin üstünə çıxıb.
Yolda sıxlıq yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.