Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 21 aprel tarixində xəbər verir.
Yardımlı rayonunda polisin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Allahverdiyev və Abşeron rayon sakini M.İbrahimov saxlanılıblar. Onlardan 1 kiloqramdan artıq metamfetamin, 1 kiloqramdan artıq marixuana və 970 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma davam edir.