Yevlaxda qardaş bacısının evini yandırıb. Bu haqda 17 fevral tarixində APA məlumat verib.
Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini A.Nəsibovaya məxsus evdə yanğın olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin ev sahibəsinin qardaşı, əvvəllər məhkum olunmuş Aqil Nəsibov tərəfindən qəsdən törədildiyi müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.