Bakının Ziya Bünyadov prospektində 7 iyun, saat 21:00 radələrində iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az məlumat verir.
Bir kolonla hərəkət edən mişardaşı daşıyan “KamAz” markalı yük avtomobilləri bir-birinə çırpılıblar. Nəticədə avtomobillərdən birinin kabinəsi ciddi şəkildə əzilib.
Şahidlərin sözlərinə görə, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb. Yaralı xərəkdə digər avtomobilə yerləşdirilib və xəstəxanaya aparılıb.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/06/whatsapp-video-2022-06-07-at-21.30.24_1.mp4"][/video]