Bakının Ziya Bünyadov prospektində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 11 iyun tarixində Trend məlumat verib.
“Toyota Prius” markalı minik avtomobilini idarə edən sürücü işıq dirəyinə çırpılıb. Sürücü müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.