top
13-cü mərtəbədəki mənzil problem yaradır - Sakinlər məhkəmə qərarından şikayətçidir
14 yanvar 2026, 17:35
- ↺ +

13-cü mərtəbədəki mənzil problem yaradır - Sakinlər məhkəmə qərarından şikayətçidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikası Ali Məhkəməsinin son qərarlarından biri Bakı şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının sakinlərində ciddi narazılıq yaradıb.

Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzilin təyinatına zidd istifadəsi ilə bağlı bina sakinlərinin vəkili Rahim Əlizadə Bakuplus.az-a müraciət edərək Ali Məhkəmənin verdiyi qərardan şikayət etdiklərini bildirib.

Söhbət yaşayış binasının 13-cü mərtəbəsində yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsindən gedir. Halbuki binanın təsdiq edilmiş layihəsinə əsasən yalnız ilk üç mərtəbə qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulub. Buna baxmayaraq, sözügedən mənzildə marketinq, konsaltinq və digər kommersiya fəaliyyətləri həyata keçirilir. Gündəlik 20–30 nəfərədək işçi və ziyarətçinin binaya daxil olması sakinlərin rahat və təhlükəsiz yaşayışına mane olur. Yerli icra hakimiyyəti orqanının keçirdiyi baxış zamanı mənzilin faktiki olaraq qeyri-yaşayış məqsədilə istifadə edildiyi təsdiqlənsə də, fəaliyyət davam etdirilib.

Məsələ məhkəmə müstəvisinə çıxarılsa da, Nəsimi Rayon Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə mənzilin qeyri-yaşayış məqsədli istifadəsinin dayandırılmasına qərar verib. Lakin Ali Məhkəmə kassasiya instansiyasında bu qərarı ləğv edərək iddianı rədd edib.

Ali Məhkəmə 2(102)-3159/2025  saylı, 06.11.2025-ci il tarixli qərarında (hakim E.Şamayevin sədrliyi ilə, hakimlər Ə.Xıdırov və E.Vəliyevadan ibarət tərkibdə) mənzilin təyinatına zidd istifadə edildiyini inkar etməsə də, bunun bina sakinlərinin hüquqlarını pozmadığını bildirib. Vəkilin sözlərinə görə, bu mövqe Mənzil Məcəlləsinin imperativ normaları ilə ziddiyyət təşkil edir və gələcəkdə yaşayış sahələrinin kommersiya məqsədləri üçün istifadəsinə dair təhlükəli predment yarada bilər.

Məsələ ilə bağlı bina sakinləri Ali Məhkəmənin qərarının Konstitusiyaya və mənzil qanunvericiliyinə uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə müraciət ediblər. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən yaşayış təyinatlı binalar və həmin binalarda yerləşən mənzillər insanların daimi yaşayışı üçün nəzərdə tutulur və bu təyinatdan kənar istifadə yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada mümkündür. Belə ki, Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Qeyd olunan Məcəllənin 20.3-cü maddəsinə əsasən isə çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.

Bakuplus.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər