Bakının Nəsimi rayonunda restoranda işçilər arasında dava olub.
Hadisə "Sotto sushi" restoranında baş verib. Aqil adlı işçi orada aşpaz işləmiş Fəridlə mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb borc məsələsi olub. Aqil Fəridi yumruqla vurub və ona xəsarətlər yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Qeyd edək ki, adlar şərti verilib.
Mənbə: demokrat.аz