"31 dəqiqədir 3 saylı marşrutu gözləyirəm. Hələ gəlməyib".
Bakuplus.az xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında tanınmış jurnalist, axar.az saytının baş redaktoru Anar Niftəliyev yazıb.
O əlavə edib ki, avtobus gəlmədiyi üçün gedəcəyi ünvana piyada yollanmalı olub.
Qeyd edək ki, 3 saylı marşrut Şəhidlər Xiyabanı – Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkət edir.