Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qafqazinfo.az xəbər verir ki, Valid Şəmsəddin oğlu Səfərov Qaradağın Ələt qəsəbəsində elektrik dayağına naqil quraşdıran zaman 15 metr hündürlükdən yıxılıb.
O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.