top
Fransız diplomatları bizi dost yox, mənbə hesab edirdilər - Martin Ryanın məhkəməsi
03 oktyabr 2025, 13:10
- ↺ +

"Fransız diplomatları bizi dost yox, mənbə hesab edirdilər" - Martin Ryanın məhkəməsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Apa.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunması ilə davam edib. O, ifadəsində Fransa səfirliyinin əməkdaşı Frederik Devos ilə telefon danışığında görüş təyin etdiyini, amma səbəbini xatırlamadığını bildirib. A.Məmmədli Frederik Devosa CV göndərib. Frederik onu fransız şirkətində işlə təmin edəcəyi ilə bağlı vəd verib.

Digər bir yazışmada Martin Ryan Azad Məmmədliyə deyib ki, klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin digər əməkdaşı Loran Lödit ona səfirlikdən klaviatura və siçan hədiyyə edib. Hədiyyə edərkən bildirib ki, səfirlikdə işlədilməyən çox texnika var. Azad Məmmədlinin bu zaman paranoyası başlayıb. O, fransız diplomatların onları mənbə hesab etdiyini və Loran Löditin həmin əşyalara dinləmə cihazı və ya gizli kamera yerləşdirə biləcəyini düşünüb. O, Martinə bir-birini əvəzləyən fransız diplomatların onları dost kimi deyil, mənbə kimi gördüyünü də söyləyib: "Biz digər insanlardan fərqliyik. Biz Azərbaycanın geosiyasi vəziyyətindən məlumatlıyıq və hətta onları təhlil edib məlumat da verə bilirik".

Yazışmanın ardında Martin Azada evində izləmə cihazı ola biləcəyindən şübhələndiyini də bildirib. Ona bu məsələni mütəxəssislə dəqiqləşdirməsi təklif olunub. A.Məmmədli Martinin dediklərinin gizlin yazılmasının belə onun üçün xəyanət sayıla biləcəyini də əlavə edib.

Azad Məmmədli Martin Ryandan Fransa səfirliyindən hansısa xeyir əldə edə bilib-bilməyəcəyini soruşub. M.Ryan indiki vaxtda bunun təhlükəli olduğunu deyib.

Söhbətin davamında Martin Ryan Azad Məmmədliyə kəşfiyyatçı Loran Qrardın "Siqnal" yazışma proqramı vasitəsilə Qarabağda antiterror əməliyyatı ilə bağlı informasiya almaq istəyə biləcəyini söyləyib. Lakin bundan əmin ola bilməyib. Çünki həmin vaxt o, daha öncə istifadə etdiyi "Siqnal" tətbiqini silib.

Digər danışıqlarında təqsirləndirilən şəxslər bir-birlərinə Azərbaycanın İranla və ABŞ-la münasibətləri, USAİD-in bağlanmasının ölkədə yarada biləcəyi nəticələrlə bağlı dediklərindən və DTX tərəfindən izlənmə qorxusu olduğundan bəhs edib.

Azad Məmmədlinin ifadəsinin tam elan olunması yekunlaşıb. O, ifadəsini təsdiqləyib və bildirib: "İfadəmdə dediyim kimi, mən agent olmamışam, mənbə olmuşam".

Növbəti iclas oktyabrın 24-ü şahidlərin dindirilməsi ilə davam edəcək.

Son xəbərlər

Xəbər
Bu gün, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Bu gün, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Bu gün, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Bu gün, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Bu gün, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Bu gün, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Bu gün, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Bu gün, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Bu gün, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Dünən, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
27 oktyabr 2026, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
27 oktyabr 2026, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
27 oktyabr 2026, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Oxşar xəbərlər