Abşeron rayonu, Masazır kəndində elektrik enerjisi kəsilib.
Bu barədə Bakuplus.az-a kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, Nizami Gəncəvi, Rafiq Dünyamalıyev, General Həzi Aslanov, Hüseyn Cavid və sairə küçələrdə artıq bir saatdır ki, işıqlar kəsilib.
Qeyd edək ki, redaksiyamıza Masazır kəndində işıqların kəsilməsi ilə bağlı dəfələrlə şikayətlər daxil olub. Xüsusilə hava şəraiti pisləşəndə yerli əhali işıqsız qalır. Sakinlərin dediyinə görə, müvafiq qurumlar problemin birdəfəlik həlli üçün hər hansı bir addım atmayıblar.