Bakının Mətbuat prospektində yol kənarındakı ağacların kəsilməsi vətəndaşların narazılığına səbəb olub.
Bakuplus.az-a görüntülər göndərən sakinlərin sözlərinə görə, prospekt boyunca bir sıra ağaclar kəsilib.
Onlar yaşıllıqların bu vəziyyətə salınmasını qəbuledilməz hesab edirlər.
Sakinlər ərazidə ağacların hansı səbəbdən kəsildiyini bilmək istəyirlər.
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə sorğu ünvanlanıb.