top
Qızılın bahalaşmasının səbəbi nədir? - Ekspertlərdən ÖZƏL AÇIQLAMA
19 mart 2025, 07:08
- +

Qızılın bahalaşmasının səbəbi nədir? - Ekspertlərdən ÖZƏL AÇIQLAMA

Qızılın qiymətindəki artım dünya bazarlarında müxtəlif amillərin təsiri ilə davam edir. Fevral ayının sonunda bir qədər səngiyən qiymət artımı yenidən sürətlənib. Bu artımın sürətlənməsi qlobal iqtisadiyyatın vəziyyəti, inflyasiya gözləntiləri və investisiya tələbinin artması ilə əlaqədar ola bilər. Xüsusilə, faiz dərəcələrinin dəyişməsi və geopolitik risklər qızılın qiymətinə təsir edən əsas amillərdən biridir.

Bəs qızılın bahalaşmasının əsl səbəbi nədir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, maliyyə institutlarının proqnozlarına əsasən qızılın qiyməti bu ilin sonuna qədər artacaq:

“Qızılın qiymətinin artmasının səbəbləri çoxdur. Maliyyə bazarlarına diqqət etsək görərik ki, qeyri-stabillikdir. Ona görə də investorlar daha çox qızıla müraciət etməyə başlayırlar. Maliyyə alətlərinin qiyməti dəyişir. Ona görə də maliyyə alətlərindən çıxardıb, qızıla müraciət edirlər.

Mərkəzi banklar külli miqdarda qızıl alır. Nəticədə tələbat və qiymətlər artır. Maliyyə institutlarının proqnozlarına görə, bu ilin sonuna qədər qiymət artacaqdır. Dünya bazarlarının konyunkturasından çox şey asılıdır. Dünya iqtisadiyyatının artım templəri də azalıb. Artsa, maliyyə bazarlarında canlanma yaşansa, qızılın qiymətində stabillik olar”.

İqtisadçı-ekspert Xalid Kərimli isə qeyd edib ki, son beş gündə qiymət 3,8 faiz artıb:

“Son bir ayda 4 faiz, son altı ayda isə 18 faiz artım qeydə alınıb. İlin əvvəlindən qiymət 17 faiz, son bir ildə 40 faiz üzərində artıb. Son beş ildə isə 106 faiz artım müşahidə olunub. Kim son beş ildə qızıla investisiya qoymuşdusa, 106 faiz qazanc əldə edib. 5 günün artımı - 3,8 faiz fantastik rəqəmdir.

Dünya iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik qalıb. Eyni zamanda artım inflyasiya ilə də bağlıdır. Qızıl qeyri-müəyyənlikdə həmişə təhlükəsiz faktor hesab olunur”.

“İkinci səbəb uzunmüddətli səbəbdir. Pandemiyadan sonra inflyasiya kəskin artdı. Rusiya ilə Ukraynanın qarşılıqlı sanksiyaları da qızıla marağı çoxaltdı. Rusiya, Braziliya, Çin, Hindistan, Türkiyə, Azərbaycan qızıl ehtiyatlarını artırıb. Son bir ildə 44 ton qızıl alınıb. Və bu proses davam edir. Bu da siyasi-hərbi qeyri-müəyyənlikdir.

Üçüncü səbəb inflyasiyanın aşağı düşməsi nəticəsində FED-in faiz siyasətini aşağı salacağına dair gözləntilərdir”, - deyə X.Kərimli əlavə edib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Dünən, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Dünən, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Dünən, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Dünən, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Dünən, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Dünən, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Oxşar xəbərlər