top
Rəşid Behbudovun anım günüdür
09 iyun 2026, 09:40
- +

Rəşid Behbudovun anım günüdür

9 iyun dahi müğənni Rəşid Behbudovun anım günüdür.

Görkəmli müğənni Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edib.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunub.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti, bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Xəbər
Dünən, 17:09

Məşhur restoranın qarşısında söyüş söyənlər HƏBS OLUNDU

Xəbər
Dünən, 16:00

Vado Korovin ciddi ittihamlara cavab verdi: "Məsuliyyəti üzərinə götürməmək cəhdidir"

Xəbər
Dünən, 14:57

Qız profili ilə aldatdı, bacısından boşanan yeznəsini döydü

Xəbər
Dünən, 12:15

Bilgəhdə FACİƏ: Bir günə iki nəfər dənizdə boğuldu

Xəbər
Dünən, 10:36

BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:45

Arvadı uşağın ondan olmadığını dedi, məhkəməlik oldu

Xəbər
Dünən, 09:15

FHN-dən həftəsonu çimərliyə üz tutanlara müraciət

Xəbər
Dünən, 01:19

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

Xəbər
24 iyul 2026, 20:22

"Speys"dən açıqlama: "Məsuliyyət onun üzərinə düşür!"

Xəbər
24 iyul 2026, 19:03

Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı

Xəbər
24 iyul 2026, 18:03

Müddəti bitmiş limonadları satan şəxslər ifşa olundu

Xəbər
24 iyul 2026, 17:25

Nişanlanıb ayrılanlar çoxalıb

Xəbər
24 iyul 2026, 16:59

"Azərbaycanda avtomobil idarə edən 4-cü qadınam" - Kübra Əliyeva

Xəbər
24 iyul 2026, 16:27

6 prokurora şiddətli töhmət verildi, ikisi işdən çıxarıldı

Xəbər
24 iyul 2026, 15:30

Qohumunun evindən oğurluq etdi, tutuldu

Xəbər
24 iyul 2026, 14:30

"Space TV"nin bank hesablarına həbs qoyuldu

Xəbər
24 iyul 2026, 13:46

"Xəstəliyim nitqimə də təsir edib" - Allahverdi Yolçuyev

Xəbər
24 iyul 2026, 13:30

Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbər
24 iyul 2026, 12:56

BAKIDA ŞOK DƏLƏDUZLUQ: İş yoldaşının hesabına girib 6 min pul çıxardı

Xəbər
24 iyul 2026, 11:59

Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlqla öldürdü

Xəbər
24 iyul 2026, 11:17

Həftəsonu dəhşətli isti olacaq - Xəbərdarlıq

Xəbər
24 iyul 2026, 10:29

Dünya şöhrətli bakılı şahmatçının doğum günüdür

Xəbər
24 iyul 2026, 10:05

Bakıda marşrut avtobusunda texniki nasazlıq yarandı - VİDEO

Oxşar xəbərlər