top
20 Yanvar faciəsindən 36 il ötür
Bu gün, 00:01
- +

20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.

Bakuplus.az-ın məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.

Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq "20 Yanvar şəhidi" adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi" var.

Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 18:01

Yanvarın 20-də qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək - ADY

Aktual Xəbərlər
Dünən, 17:01

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Aktual Xəbərlər
Dünən, 16:01

Bakıda iş yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

Aktual Xəbərlər
Dünən, 16:01

Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

Aktual Xəbərlər
Dünən, 15:01

5 vəkil Kollegiya üzvlüyündən xaric edildi

Aktual Xəbərlər
Dünən, 14:19

Ginekoloji əməliyyat üçün müraciət etdi, kardioloji şöbəyə göndərdilər – Nigar Köçərlidən ŞİKAYƏT

Aktual Xəbərlər
Dünən, 14:01

Elşad Xose həbsdən çıxdı

Aktual Xəbərlər
Dünən, 13:01

Şiddətli geomaqnit qasırğası gözlənilir

Aktual Xəbərlər
Dünən, 12:01

"Şöhrət" ordenli alim vəfat etdi

Aktual Xəbərlər
Dünən, 10:45

Ötən həftə 55 nəfər xilas edilib

Aktual Xəbərlər
Dünən, 09:45

"Rövşən Lənkəranski"nin yaxın adamını öldürənlə bağlı yeni qərar

Xəbər
18 yanvar 2026, 21:00

19-25 yanvar tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
18 yanvar 2026, 14:06

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Xəbər
18 yanvar 2026, 09:00

Azərbaycanda ikinci ali təhsil: Qanun nə deyir, praktikada nə baş verir?

Siyasət
17 yanvar 2026, 16:34

Onlara 46 gün məzuniyyət veriləcək - TƏSDİQLƏNDİ

Cəmiyyət
17 yanvar 2026, 15:23

Azərbaycanda tanınmış həkim vəfat etdi

Cəmiyyət
17 yanvar 2026, 14:28

Bakı metrosunda ÖLÜM

Cəmiyyət
17 yanvar 2026, 13:09

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
17 yanvar 2026, 11:15

Bakılı Zivər: Dünya heykəltaraşlığında ilk müsəlman qadın

Pirallahı
17 yanvar 2026, 10:49

Sevgilisi qadını qızının gözü önündə döydü - BAĞIŞLANDI

Cəmiyyət
17 yanvar 2026, 09:11

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
16 yanvar 2026, 17:54

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kq marixuana aşkarlanıb

Siyasət
16 yanvar 2026, 17:42

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib

Oxşar xəbərlər