top
Uzaq sahillərdənin Mixaylosunun doğum günüdür
13 mart 2026, 12:29
- ↺ +

"Uzaq sahillərdə"nin Mixaylosunun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan və Rusiyanın Xalq artisti Nodar Şaşıqoğlunun doğum günüdür. Onun anadan olmasından 99 il ötür.

Nodar İzzətoviç Şaşıqoğlu 1927-ci il martın 13-də Batumidə doğulub. Babası Acarıstanda tanınmış zadəganlardan, atası çar zabiti olub. Əmisi, aktyor Ülvi Rəcəb isə 1937-ci ildə repressiyaya məruz qalıb.

Əsli acarıstanlı olsa da, Tbilisidə yaşayıb. Orada orta məktəbi, daha sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib. Cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.

İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb.

Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb. 

Nodar Şaşıqoğlu teatr səhnələrində Don Quan (A.S. Puşkin "Kiçik tragediyalar"), Sirano (E. Rostan "Sirano de Bercerak"), Kreont (Q. Qauptman "Antiqo-solntsa"), kinoda Zakir ("Telefonçu qız"), Rakov ("Beş künc"), Məcnun ("Leyli və Məcnun"), Mixaylo ("Uzaq sahillərdə") kimi obrazları yaradıb.

Qeyd edək ki, quruluşçu rejissor Tofiq Tağızadə tərəfindən 1958-ci ildə ekranlaşdırılan "Uzaq sahillərdə" filmi Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizədən bəhs edir. Film prokata çıxdığı zaman 27,8 milyon tamaşaçı tərəfindən izlənib. 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında nümayiş etdirilib. Ekran əsərinin musiqisinə görə dahi bəstəkar Qara Qarayevə II mükafat verilib.

İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılan filmin baş qəhrəmanı Mehdi Hüseynzadəni aktyor Nodar Şaşıqoğlu canlandırıb və elə bu filmlə də məşhurlaşıb. 

Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib.

Aktyor 2013-cü il aprelin 12-də Bakıda vəfat edib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər