top
Dövlət qurumlarında qanunsuzluqlar: DTX-yə müraciət edildi - Yeni DETALLAR
21 aprel 2025, 22:16
- +

Dövlət qurumlarında qanunsuzluqlar: DTX-yə müraciət edildi - Yeni DETALLAR

Ötən həftə Hesablama Palatasının bəzi dövlət qurumlarında aşkar etdiyi qanun pozuntuları ilə bağlı materialların Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edildiyi barədə məlumat yayılıb. Həmin vaxt hansı qurumlarla bağlı müraciət edilməsi barədə açıqlama verilməyib.

Modern.az məsələni aydınlaşdırmaq üçün Hesablama Palatasına sorğu göndərib.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, ötən hesabat ilində ümumilikdə 8 nəzarət tədbiri nəticəsində ciddi pozuntular aşkarlanıb və bu barədə müvafiq qurumlara məlumat verilib.

Məlumata görə, Baş Prokurorluğa göndərilən materiallar sırasında aşağıdakı qurumlar yer alıb:

– Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
– Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ona bağlı qurumlar
– Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC
– Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi
– Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar

DTX-yə isə iki auditin nəticələri təqdim olunub. Bunlar Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumlar, eləcə də Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aparılmış nəzarət tədbirləridir.

Palatanın məlumatına görə, bu auditlər zamanı dövlət vəsaiti və əmlakından istifadə ilə bağlı ciddi uyğunsuzluqlar müəyyən olunub.

Hesabatın tərtib olunduğu tarixə qədər prokurorluq orqanlarının müdaxiləsi nəticəsində ümumilikdə 7,4 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilib. Bunun 3,9 milyon manatı 2024-cü ildə göndərilmiş materiallar, 3,5 milyon manatı isə əvvəlki illərin nəzarət tədbirləri ilə bağlıdır.

Qeyd edək ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun auditi üzrə əmlak üzərinə həbs qoyulub.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:35

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb

Xəbər
Dünən, 16:21

Evlənmək istəyən oğul qənddanı anasının BAŞINA ÇIRPDI

Cəmiyyət
Dünən, 15:26

Bazar gününün havası açıqlanıb

Xəbər
Dünən, 14:38

Məleykə Abbaszadə: "Kamran Əsədovun adını görəndə təəccübləndim"

Xəbər
Dünən, 13:22

"Socar"ın əməkdaşı taksi sürücüsünü döydü, həbs olundu

Cəmiyyət
Dünən, 12:26

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Xəbər
Dünən, 11:49

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - FOTO

Xəbər
Dünən, 10:04

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi

Cəmiyyət
Dünən, 09:11

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Xəbər
19 dekabr 2025, 18:00

AQTA saxta spirtli içkilərlə bağlı istehlakçılara müraciət etdi

Xəbər
19 dekabr 2025, 17:00

Üzərinə dəmir konstruksiya aşan işçi öldü

Xəbər
19 dekabr 2025, 16:15

Bakıda DƏHŞƏT: Kişi binadan yıxılıb öldü

Xəbər
19 dekabr 2025, 15:19

Novxanıda restoranda yanğın oldu

Xəbər
19 dekabr 2025, 14:20

Bu ay Elm və Təhsil Nazirliyinə 23 min müraciət daxil olub

Xəbər
19 dekabr 2025, 13:20

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Xəbər
19 dekabr 2025, 12:33

Sabah Bakıda hava çiskinli olacaq

Xəbər
19 dekabr 2025, 12:31

Hansı şəxslərin Amnistiya ilə cəzadan azad ediləcəyi məlum olub

Xəbər
19 dekabr 2025, 12:20

Bakıda maşın aşdı, ölən var

Xəbər
19 dekabr 2025, 11:33

Qəbirdə dirildiyi deyilən aktrisanın doğum günüdür

Xəbər
19 dekabr 2025, 11:20

Gənc qadın intihar etdi

Xəbər
19 dekabr 2025, 10:50

Fərid Mansurov maşını əks istiqamətdə saxladı

Xəbər
19 dekabr 2025, 10:15

Bakıda dayə qulluq etdiyi 85 yaşlı qadını döydü

Xəbər
19 dekabr 2025, 09:15

Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı

Xəbər
18 dekabr 2025, 18:00

UEFA "Ayntraxt"a "Qarabağ"la oyunda azarkeş dəstəyini qadağan etdi

Oxşar xəbərlər