top
Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
13 yanvar 2026, 16:15
- +

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu.

Qafqazinfo.аz-ın məlumatına görə, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır.

Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus evlərin kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.

Vergidən yayınma hallarının qarşısının alınması sahəsində daha bir yenilik isə maliyyə sanksiyaları (cərimə) ilə bağlıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində cərimə müəyyən edilib. Bu əmələ görə cərimə əvvəl də olsa, məbləği 40 manat idi. Bu da o deməkdir ki, evini kirayə verən şəxs vergi qeydiyyatına alınmaq üçün ərizə vermədiyi halda artıq 40 manat yox, 200 manat cərimə olunacaq.

Qeyd edək ki, bundan başqa, vergi ödəyicisi əldə etdiyi kirayə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə 40 manat məbləğində cərimə olunur. Həmçinin verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında cərimə tətbiq edilir.

Lakin o da vurğulanmalıdır ki, evini kirayəyə verən şəxs vergi orqanında qeydiyyata alınmadan da əldə etdiyi gəlirə görə vergi ödənişini həyata keçirə bilər.

Belə ki, 2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında qeydiyyata durmadan agent müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. Qanunvericiliyə görə, vergi agenti vergini hesablayır, onu vergi ödəyicisindən tutur və təyinatı üzrə köçürür. Vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca qeydiyyat aparmaq vergi agentinin öhdəliyidir.

Təcrübədə evini müqavilə bağlamadan kirayəyə verilməsi hallarında ev sahibləri ilə yanaşı, kirayəçilərin də məsuliyyətə cəlb olunduğu hallara rast gəlmək olur. Belə ki, bu halda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmək kirayəçilər üçün məsuliyyət yaradır. Bu halda İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bu marşrutların avtobusları yeniləndi

Xəbər
Dünən, 17:20

Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Xəbər
Dünən, 16:20

Bakının bəzi yerlərində yağış yağacaq

Xəbər
Dünən, 14:34

15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürmək istədi - Zorlama şübhəsi…

Xəbər
Dünən, 14:20

Bakıda bloqer sevgilisinin 90 mindən çox pulunu ələ keçirdi

Xəbər
Dünən, 13:20

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Xəbər
Dünən, 12:48

Sosial şəbəkələrdə 16 YAŞ TƏLƏBİ təsdiqləndi - 300 min manatlıq CƏRİMƏ

Xəbər
Dünən, 12:34

Bakıda ucuz və sənədi olan torpağı haradan almaq olar?– Ərazilər və real qiymətlər

Xəbər
Dünən, 12:20

Közərmə lampalarının satışı qadağan edilir

Xəbər
Dünən, 11:20

10 minə yaxın müəllimin əmək müqaviləsinə xitam verildi - NAZİR

Xəbər
Dünən, 11:17

Məşhur telekanal müğənniyə qadağa qoyub - İDDİA

Xəbər
Dünən, 10:27

Masazırda qaz kəsildi

Xəbər
Dünən, 09:08

Milli Sevgililər Günüdür

Xəbər
29 iyun 2026, 18:00

Baş prokuror Xətai rayonunda qəbul keçirəcək

Xəbər
29 iyun 2026, 17:20

Bakıda 63 yaşlı qadın ana oldu

Xəbər
29 iyun 2026, 16:20

İyunun son günü hava necə olacaq?

Xəbər
29 iyun 2026, 15:50

Bakıda qadın ütü ilə döyüldü

Xəbər
29 iyun 2026, 15:20

DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb

Xəbər
29 iyun 2026, 15:07

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Xəbər
29 iyun 2026, 14:20

Kişi və qadını oğurlayıblar, qərardan narazıdırlar

Xəbər
29 iyun 2026, 13:25

Bakıda ağaclar tırtıllara görə dərmanlanır

Xəbər
29 iyun 2026, 11:54

Ordumuzda neçə qadın xidmət edir?

Xəbər
29 iyun 2026, 11:50

Bakılı iş adamı bu il 800 milyon dollar qazanıb

Xəbər
29 iyun 2026, 11:27

Bakıda bağlı qapı arxasında qalan şəxslər xilas edildi

Oxşar xəbərlər