top
İşçisi biznesmeni intihara sövq etdi – DƏHŞƏTLİ DETALLAR
Bu gün, 17:30
- +

İşçisi biznesmeni intihara sövq etdi – DƏHŞƏTLİ DETALLAR

Ali Məhkəmədə özünü öldürmə həddinə çatdırma, dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Səbuhi Heydərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, 6 yanvar 2021-ci il tarixdə iş adamı Vaqif Hacıyev sahibi olduğu şirkətdə sahə rəisi işləyən 1972-ci il təvəllüdlü Səbuhi Heydərovdan hüquq-mühafizə orqanlarına şikayət edib, bir neçə gün sonra isə özünü öldürüb. 

Vaqif Hacıyev izolyasiya materialları biznesi ilə məşğul olurmuş, tikinti sahəsində tanınmış iş adamı imiş. O, bir neçə il əvvəl Ceyranbatan qəsəbəsində tanışından iki ev alıbmış. Lakin ev sahibinin oğlu Mahir (şərti) adlı şəxs həmin mənzilləri sonradan öz adına keçirdiyindən biznesmenin verdiyi pullar batıb. Bunu öyrənən Səbuhi işlədiyi şirkətin rəhbərinə Mahiri cəzalandırmağı, onun həbsini təşkil etməyi təklif edib. O deyib ki, əvvəllər bir neçə ay həbsxanada olub, tanışları vasitəsilə Mahirin avtomobilinə narkotik yerləşdirə, sonra polisə məlumat verə, Mahirin həbsinə nail ola bilər. Vaqif Hacıyev bu təkliflə razılaşıb və bu işə görə Səbuhiyə 19 min manat verib.
 
Bundan sonra Səbuhi Vaqif Hacıyevi inandırıb ki,  Mahir bu işdə onun əlinin olduğunu öyrənib, eyni zamanda işə qoşduğu şəxslərin ələ keçmək riski var. Bütün bunları bəhanə gətirən Səbuhi biznesmendən pul tələb etməyə başlayıb. O, Vaqifə deyib ki, bu pulları versə, biznesmenin adı heç yerdə çəkilməyəcək, iş ört-basdır ediləcək. Sonradan Səbuhi Vaqifin cinayət məsuliyyətinə cəlb olunacağına dair yalanlar söyləyib, onun barəsində müxtəlif rüsvayedici məlumatlar yaymaqla hədələyib. Nəticədə o, biznesmenin ümumilikdə 646 195 manat məbləğində pulunu ələ keçirib. Bütün baş verənlərə görə Vaqif Hacıyevdə reaktiv depressiv hal yaranıb. 2 yanvar 2021-ci il tarixdə isə Sübhi növbəti dəfə Vaqif Hacıyevin Nəsimi rayonundakı ofisindən pul alıb çıxarkən tutulub. Bundan sonra Vaqif Hacıyev özünün də rüsvay olacağını düşünərək 6 yanvar 2021-ci il tarixdə saat 12 radələrində bağ evində özünü asaraq intihar edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iş adamını intihara sövq edən, ona qarşı dələduzluq edən və hədə-qorxu yolu ilə 650 min manata yaxın pul almış şəxsə 15 il həbs cəzası verilib. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 18:00

Şənbə günü Bakıda hava necə olacaq?

Aktual Xəbərlər
Bu gün, 16:30

Tanınmış biznesmen həbs edildi: Ana ilə oğlunu şərləmək istəyibmiş

Aktual Xəbərlər
Bu gün, 15:30

Vəzifəli şəxs 18 kq qızılla tutuldu - Evindən sursat çıxdı

Aktual Xəbərlər
Bu gün, 14:30

Azərbaycanda ov mövsümünün müddəti uzadılıb

Aktual Xəbərlər
Bu gün, 13:59

Gizli elektrik xətti çəkdi, qəsəbəni işıqsız qoydu

Aktual Xəbərlər
Bu gün, 13:40

"Qobu Park"da sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Bu gün, 12:40

Qadın hamamda boğuldu

Aktual Xəbərlər
Bu gün, 11:40

Nasaz avtomobillərlə yola çıxanlara XƏBƏRDARLIQ

Aktual Xəbərlər
Bu gün, 10:45

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri saxlanıldı

Aktual Xəbərlər
Bu gün, 09:45

Abşeron rayon prokuroru vəzifəsindən azad olundu

Aktual Xəbərlər
Dünən, 18:10

Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisinə yekun ittiham verildi

Aktual Xəbərlər
Dünən, 17:10

DSX generalı yüksək vəzifəyə təyin edildi

Aktual Xəbərlər
Dünən, 16:10

Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - Rəsmi

Aktual Xəbərlər
Dünən, 15:10

Ötən gün 64 cinayətin açılması təmin edilib

Aktual Xəbərlər
Dünən, 14:10

Bəhlul Mustafazadə: "Liverpul"la oyun bizim üçün yaxşı dərs oldu"

Aktual Xəbərlər
Dünən, 13:10

Jurnalist Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib

Aktual Xəbərlər
Dünən, 12:38

Bakıda sabahın hava proqnozu

Aktual Xəbərlər
Dünən, 12:10

Maştağada istixanadan 50 min manatlıq oğurluq edilib - VİDEO

Aktual Xəbərlər
Dünən, 11:18

Bakıda kişi arvadını çəkiclə döydü

Aktual Xəbərlər
Dünən, 10:20

Məhkəmə sədrinin bıçaqlanan gəlininin son durumu

Xəbər
Dünən, 09:20

Bakıda 2 nəfər qazdan zəhərləndi, ölən var

Xəbər
28 yanvar 2026, 18:02

Bakının mərkəzindəki hoteldə qonağın meyiti tapıldı

Aktual Xəbərlər
28 yanvar 2026, 17:03

Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə

Oxşar xəbərlər